çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

“İnter” və “Mançester Siti” oyunçuların dəyişə bilər

30.06.2020 10:35 Oxundu 471


“İnter”in futbolçusu Milan Skriniar karyerasını İngiltərədə davam etdirə bilər.

Cempion.az “Calciomercato”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu yeni mövsümdən “Mançester Siti”də çıxış edə bilər. Onun əvəzinə Serxio Aquero “İnter”ə qoşulacaq. Uzun müddətdir Skriniarı heyətinə qatmaq istəyən “şəhərlilər” onun üçün 32 yaşlı Aqueronu İtaliyaya göndərə bilər.

Skriniarın “Real”ın da maraq dairəsində olduğu bildirilir. Onun “İnter”lə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.