şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

“Sabah”da ayrılıq

30.06.2020 11:00 Oxundu 486


“Sabah” klubla müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb.

Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Sabah” futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.

Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandada 42 oyun keçirib, 1 qol vurub.