çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

Qomes karyerasını başa vurub

30.06.2020 14:32 Oxundu 512


Almaniya millisinin keçmiş üzvü Mario Qomes karyerasını başa vurub.

Cempion.az xəbər verir ki, "Ştutqart"ın təcrübəli hücumçusu II Bundesliqanın 34-cü turunda "Darmştadt"la oyundan sonra butsılarını mıxdan asıb.

Mario peşəkar karyerasına "Ştutqart"da başlayıb. 34 yaşlı futbolçu "Bayern", "Fiorentina", "Beşiktaş" və "Volfsburq"da çıxış etdikdən sonra 2017/18 mövsümündə "Ştutqart"a qayıdıb.

Qeyd edək ki, Almaniya ilə DÇ-2014-ün qalibi olmuş təcrübəli sima yığmada 78 oyunda 31 qol vurub.