30.06.2020 15:32
544
544

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Azərbaycan milli komandasını çalışdıra bilər.
Cempion.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, irlandiyalı mütəxəssisin Azərbaycandan cəlbedici təklif aldığı və bunu qəbul edə biləcəyi bildirilib.
AFFA-ya yaxın mənbənin Kinin onlar üçün ən yaxşı seçim olduğunu təsdiqlədiyi də qeyd olunub. AFFA Kinin tez bir zamanda qərar verməsini istəyir.
Qeyd edək ki, Roy Kin 1993-2005-ci illərdə “Mançester Yunayted”də forma geyinib. 48 yaşlı Kin daha əvvəl İrlandiya millisində, “Aston Villa” və “Nottinqem Forest” klublarında köməkci-məşqçi kimi çalışıb.