çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

“Latsio”dan əzimkar qələbə

01.07.2020 11:14 Oxundu 409


Futbol üzrə İtaliya A Seriyasında 29-cu tura start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Latsio” Turin səfərində “Torino” ilə qarşılaşıb. Hesabı meydan sahiblərinin açdığı qarşılaşmada qələbəni qonaqlar bayram ediblər. Lider “Yuventus” isə aşağı sıralarda yer alan “Cenoa”nın qonağı olub və inamlı qələbəyə sevinib.

“İnter” bu turda “Breşiya”nı sınağa çəkəcək. Son turda “Roma” üzərində inamlı qələbə qazanan “Milan” bu dəfə SPAL səfərinə yollanacaq.

Cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən “Atalanta” 29-cu tur çərçivəsində “Napoli” ilə münasibətlərinə aydınlıq gətirəcək. “Roma” isə “Udineze” ilə qarşılaşacaq.

İtaliya A Seriyası, 29-cu tur

30 iyun

''Torino'' – ''Latsio'' 1:2
Qol
: Belotti, 5-pen – İmmobile, 48. Parolo, 72.

''Cenoa'' – ''Yuventus'' 1:3
Qol
: Pinamonti, 76 – Dibala, 50. Ronaldo, 57. D.Kosta, 73.

1 iyul

21:30 ''Bolonya'' – ''Kalyari''
21:30 ''İnter'' – ''Breşiya''
23:45 ''Fiorentina'' – ''Sassuolo''
23:45 ''Leççe'' – ''Sampdoriya''
23:45 ''Verona'' – ''Parma''
23:45 SPAL – ''Milan''

2 iyul

21:30 ''Atalanta'' – ''Napoli''
23:45 ''Roma'' – ''Udineze''