cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"Mançester Siti"dən gedəcəyini açıqladı

01.07.2020 14:17 Oxundu 418

"Mançester Siti"nin qapıçısı Klaudio Bravo Premyer Liqada mövsüm bitdikdən sonra klubdan ayrılacaq.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, çilili qolkiper başa çatacaq müqaviləsini uzatmayacağını deyib. 37 yaşlı əlcək sahibi karyerasını ölkəsində davam etdirmək fikrində olduğunu bildirib.

 Qeyd edək ki, "şəhərlilər" Bravonu 2016-cı ildə "Barselona"dan 18 milyon avroya transfer etmişdi. Təcrübəli qapıçı bu mövsüm 17 oyun keçirib.