çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Arda "Qalatasaray"da

01.07.2020 16:57 Oxundu 555

Dünən "Barselona" ilə müqaviləsi bitib sərbəst qalan Arda Turan karyerasını "Qalatasaray"da davam etdirməyə yaxındır.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim-bom"un prezidenti Mustafa Çengiz inadından əl çəkib.

Mövsüm başa çatdıqdan sonra Arda Turanla müqavilə imzalanacaq.

Qeyd edək ki, türk oyunçu ara transfer dönəmində "Başakşehir"dən ayrıldıqdan sonra klubsuz idi. "Qalatasaray"ın baş məşqçisi Fatih Terim onu heyətə gətirməyə çalışsa da, Mustafa Çengiz razı olmamışdı.