cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

La Liqada 33-cü tura start verilib

02.07.2020 10:20 Oxundu 401


Futbol üzrə İspaniya La Liqasında 33-cü tura start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında son turda “Barselona” ilə oyunda bir xal qazanan “Selta” səfərdə “Malyorka”nın qonağı olub. Altı qolun vuruldu oyunda meydan sahibləri darmadağına sevinib. “Sevilya” da “Leqanes”lə səfər oyununda 3 xalı 3 qolla qazanıb.

“Alaves” doğma meydanda “Qranada”ya, “Valensiya” “Atletik”ə, “Betis” isə “Vilyarreal”a iki cavabsız qolla uduzub. “Valyadolid” – “Levante” matçında isə qapılara qol vurulmayıb.

Lider “Real” isə bu turda “Xetafe” ilə qarşılaşacaq.

İspaniya La Liqası, 33-cü tur

1 iyul

''Alaves'' – ''Qranada'' 0:2
Qol
: Antonin, 25. Soldado, 49.

''Valensiya'' – ''Atletik'' 0:2
Qol
: R.Qarsiya, 13; 47.

''Betis'' – ''Vilyarreal'' 0:2
Qol
: Moreno, 7-pen; 30.

''Valyadolid'' – ''Levante'' 0:0

2 iyul

21:30 ''Eybar'' – ''Osasuna''
21:30 ''Real Sosyedad'' – ''Espanyol''
00:00 ''Real'' – ''Xetafe''