şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Şahin Diniyev: "Uzaq gələcəyi yox, yaxın gələcəyi düşünməliyik"

02.07.2020 11:17 Oxundu 544


Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev cempion.az saytına sentyabrda UEFA millətlər Liqasında mübarizəyə başlayacaq yığma komandamızla bağlı açıqlama verib. 

''Koronavirusa görə çox çətin duruma düşmüşük. Çempionatın avqustda başlaması belə sual altındadır. Millətlər Liqasının bizə nə verib vermiyəcəyi barədə nəsə danışmaq doğru olmaz. Ən çox bizi düşündürən odur ki, Premyer Liqa bərpa olunsun, ondan sonra başqa nüanslar haqqında düşünmək olar. Uzaq gələcəyi yox, yaxın gələcəyi düşünməliyik. Əsas komandanı sentyabra kimi hazırlamaq lazımdır. Bunun üçün də indidən yığma məşqlərə başlamalıdır''.

Təcrübəli mütəxəssis millimizin rəqibləri haqqında da danışıb.

''UEFA millətlər Liqasındakı komandalar elə qruplara bölünür ki, bütün yığmalar bir-biri ilə mübarizə aparmaq gücünə qadir olur. Güclü ölkələr bir qrupda, zəif ölkələr bir qrupda yer alır. Yığmamızın mübarizə aparacağı C qrupunda Kipr və Lüksemburqu qrupun zəifləri kimi düşünmək olar. Amma futbol surpirizləri sevən bir oyundur. Bu qrupda 1-ci də olmaq olar, 4-ci də olmaq olar. Millimiz isə birinci olmaq üçün mübarizə aparacaq. Qrupun ən güclüsü Monteneqronu saymaq olar. Bununda səbəbi odur ki, bu yığmanı keçmiş Yuqaslaviya futbolunun davamçıları adlandırırlar''.