cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Napoli"nin yeni hədəfi

02.07.2020 16:49 Oxundu 453

"Napoli" "Roma"nın futbolçusu ilə maraqlanır.

Cempion.az xəbər verir ki, "La Repubblica" xəbər verir ki, Neapol təmsilçisi 22 yaşlı futbolçu üçün 20 milyon avro və müdafiəçisi Kevin Malkotu təklif edib.

 Nəşrin məlumatına görə, paytaxt təmsilçisi bu təklifə müsbət yanaşıb. Transfer baş tutsa, türk futbolçu "Napoli" ilə 5 illik müqavilə bağlayacaq və mövsüm ərzində 3 milyon avro maaş alacaq.

 "Roma" "Napoli"dən alacağı təzminatın 20 faizini müqavilənin detallarına əsasən, Cengizin keçmiş komandası "Başakşəhər"ə ödəyəcək.

 Türkiyə millisinin üzvünün İtaliya təmsilçisi ilə müqaviləsi 2023-cü il iyunun 30-u bitəcək. O, bu mövsüm 21 oyunda 3 qol vurub. "Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi.