cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Sabah” Jelko Sopiçlə yollarını ayırıb - RƏSMİ

03.07.2020 11:40 Oxundu 472


“Sabah” klubu baş məşqçi Jelko Sopiçlə yollarını ayırıb.

Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.

Qeyd edək ki, “Sabah” mövsümü turnir cədvəlinin 6-cı pilləsində tamamlayıb.