cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

 Xavi "Barselona"nı çalışdıra bilər

03.07.2020 14:00 Oxundu 449


Sabiq futbolçusu Xavi Ernandes İspaniyanın "Barselona" komandasının baş məşqçisi olacaq. 

Cempion.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, hazırda Qətərin "Əl Sədd" komandasına rəhbərlik edən 40 yaşlı mütəxəssis mövsüm başa çatandan sonra hazırkı baş məşqçi Kike Setyeni əvəzləyəcək. 

Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu Xavi ilə danışıqlardan əvvəl futbolçularla məsləhətləşib. 

Qeyd edək ki, Xavi Ernandes 1998 - 2015-ci illərdə "Barselona"nın formasını geyinib. İspaniya millisinin sabiq üzvü klubla müxtəlif titulların sahibi olub.