cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Roy Kinə təklif olunan məbləğ açıqlandı

03.07.2020 15:35 Oxundu 489


“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kinin Azərbaycan millisini çalışdırmaq üçün AFFA-dan təklif aldığını xəbər vermişdik.

Cempion.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir. Bu barədə “İndependent.ie” məlumat yayıb.

Məlumata görə, federasiya tərəfindən 48 yaşlı mütəxəssisə Azərbaycanda yaşamaq şərti qoyulub. Mənbə, AFFA-nın mütəxəssisə təklif etdiyi məvacibi də açıqlayıb. Bildirilir ki, AFFA Roy Kinə 650 min avro məvacib təklif edib.