şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Fiorentina"da baş məşqçi dəyişikliyi olacaq

04.07.2020 10:50 Oxundu 435


İtaliyanın "Fiorentina" klubunda baş məşqçi dəyişikliyi reallaşacaq. 

Cempion.az "Sky Sport"a istinadən xəbər verir ki, "Roma" klubunun sabiq futbolçusu Daniele De Rossi komandanın sükanı arxasına keçəcək. 

Karyerasını başa vuran 37 yaşlı sabiq yarımmüdafiəçi bu postda Cüzeppe Yakinini əvəzləyəcək. O, növbəti mövsümdən etibarən işə başlayacaq. 

Qeyd edək ki, Daniele De Rossi 2001 - 2019-cu illərdə "Roma"da çıxış edib. O, son olaraq Argentinanın "Boka Xuniors" komandasında oynayıb. Keçmiş yarımmüdafiəçi "Roma" ilə iki dəfə ölkə kubokunu, bir dəfə isə ölkə Superkubokunu qazanıb. De Rossi 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub.