cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Messi karyerasını İngiltərədə davam etdirə bilər

04.07.2020 12:00 Oxundu 420


''Barselona''nın ulduz futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər.

Cempion.az xəbər verir ki, bu barədə tanınmış argentinalı jurnalist Kristian Martin bildirib.

Xəbərdə bildirirlir ki, Messi "Barselona"dan gedəcəyi təqdirdə "Mançester Siti" ilə müqavilə imzalaya bilər. Arqentinalı ulduz əvvəllər “Barselona”da çalışmış Xosep Qvardiola ilə yenidən bir araya gələcəyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl Messinin "Barselona"nı tərk etmək istəməsi barədə məlumat yayılıb.

33 yaşlı Messi "Barselona"nın yetirməsidir. Argentinalı hücumçu cari mövsümdə İspaniya çempionatının 28 matçında (27 matçda əsas heyətdə) iştirak edərək 22 qol vurub, 17 məhsuldar ötürmə edib.

Onun aktivində həmçinin Çempionlar Liqasının altı matçında iki qol və üç məhsuldar ötürmə var.

Qeyd edək ki, futbolçunun klubla müqaviləsi 2021-ci ilə qədər qüvvədədir.