cümə, 26 aprel 2024

BİZİM FUTBOL

İngiltərəli mütəxəsis Azərbaycanı tərk etdi

04.07.2020 14:01 Oxundu 418


Azərbaycanda stadionların ot örtüyünə qulluq edən Fil Şarples ölkəni tərk edib. 

Cempion.az xəbər verir ki, bu barədə ingiltərəli mütəxəssis sosial şəbəkə vasitəsilə açıqlama verib.

O, hava limanında olduğunu bildirib. Mütəxəssis onun üçün artıq bir dövrün bitdiyini vurğulayıb.

Şarples "Facebook" hesabında "Sağ ol, Azərbaycan. Burada çox yaxşı vaxt keçirdim. Tanıdığım hər kəsə təşəkkür edirəm" yazıb. 

Qeyd edək ki, Fil Şarples Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.