cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

İbrahimoviç "Milan"dan ayrılır

04.07.2020 14:37 Oxundu 441

Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç karyerasını İsveçdə davam etdirə bilər.

Cempion.az "Sky Sport" nəşrinə istinadən xəbər verir ki, isveçli hücumçu "Milan"la müqaviləsini uzatmamağa qərar verib. Təcrübəli futbolçu səhmlərinin bir hissəsinə sahib olduğu "Hammarbü" klubuna keçəcək.

Daha öncə "ağ-yaşıllar"ın idman direktoru Yesper Yansson ulduz futbolçunun transferinin mümkün olduğunu açıqlamışdı. İbrahimoviç koronavirusa görə elan olunan karantin günlərində "Hammarbü"də məşq etmişdi.

 Qeyd edək ki, 38 yaşlı futbolçu bu mövsüm "Milan"da 11 oyun keçirib, 4 qol vurub, 1 assist edib.