cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

"Çelsi"nin yeni hədəfi

04.07.2020 15:36 Oxundu 436


"Leypsiq"dən Timo Verner və "Ayaks"dan Hakim Ziyexi sıralarına qatan "Çelsi" daha bir futbolçu ilə güclənməyə yaxındır.

Cempion.az xəbər verir ki, "zadəganlar" Leverkuzen "Bayer"inin gənc ulduzu Kai Havertsi transfer edəcək.

Bununla bağlı Britaniyanın "The Sun" nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, "Çelsi" 21 yaşlı vinqeri 99 milyon avroya rənglərinə bağlayacaq.

Həmçinin futbolçunun komanda yoldaşı Uendell də Havertsin Londona köçməyə  hazır olduğunu bildirib. 

Qeyd edək ki, sözügedən futbolçu ilə "Bavariya", "Real"(Madrid) və "Mançester Yunayted" klubları da maraqlanırdı.