cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Arda Turan "Qalatasaray"

04.07.2020 16:10 Oxundu 473


Arda Turan karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək.

Cempion.az "A Spor"a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi az məbləğ qarşılığında İstanbul təmsilçisi ilə müqavilə imzalayacaq. Təcrübəli oyunçu karyerasını başa vurandan sonra baş məşqçi Fatih Terimin köməkçisi olacaq. 

Qeyd edək ki, Arda Turanın "Barselona" ilə sözləşməsi iyunun sonunda bitib. O, 2019/2020 mövsümündə icarə əsasında "Başakşehir"də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. 

Qeyd edək ki, futbolçu 2000 - 2011-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub.