cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Almaniya kubokunun final oyunu keçirilib

05.07.2020 06:00 Oxundu 415


Futbol üzrə Almaniya kubokunun final oyunu keçirilib.

Cempion.az xəbər verir ki, həlledici oyunda Bundesliqanın 2019/20 mövsümünün qalibi “Bavariya” “Bayer”lə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə başa çatıb. Beləcə, “Bavariya” bu mövsümü “qızıl dubl”la bitirib.

Qeyd edək ki, bu, “Bavariya”nın tarixində 20-ci belə uğurdu. Münhen təmsilçisi kubok sayında rekordçudu. Almaniya kubokunda bu komandadan sonra ən çox uğura imza atan “Verder”di – 6 dəfə.

Almaniya kuboku, final

4 iyul

"Bayer'' – ''Bavariya'' 2:4
Qol
: Bender, 63. Haverts, 90+4-pen – Alaba, 16. Qnabri, 24. Levandovski, 59; 89.