şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Liderdən inamlı qələbə

05.07.2020 06:30 Oxundu 443


Türkiyə Super Liqasında 30-cu tura start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Dənizlispor” öz meydanında “Qaziantep”i sınağa çəkib. Qonaqlar bu oyundan minimal hesabla qalib ayrılıblar.

Lider “Başakşəhər” bu turda səfərdə “Antalyaspor”un qonağı olub və inamlı qələbəyə sevinib. “Fənərbaxça” isə İzmirin “Göztəpə” klubunu qəbul edib və çətinliklə də olsa, qalib gəlib. “Yeni Malatyaspor” – “Gənclərbirliyi” matçında qapılara qol vurulmayıbsa, səfərdə “Ankaragücü” ilə qarşılaşan “Alanyaspor” darmadağına sevinib.

Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. Burda “Qalatasaray” turnir cədvəlinin ikincisi “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirəcək.

Türkiyə Super Liqası, 30-cu tur

3 iyul

''Dənizlispor'' – ''Qaziantep'' 0:1
Qol
: G.Vural, 24.

4 iyul

''Ankaragücü'' – ''Alanyaspor'' 1:4
Qol
: Rivas, 82 – Sisse, 64. O.Bulut, 66. Bakasetas, 78-pen. Fernandes, 90.

''Yeni Malatyaspor'' – ''Gənclərbirliyi'' 0:0

''Antalyaspor'' – ''Başakşəhər'' 0:2
Qol
: D.Ba, 71. Elia, 90+7.

''Fənərbaxça'' – ''Göztəpə'' 2:1
Qol
: F.Kadıoğlu, 25; 45+2 – S.Aydoğdu, 66.

5 iyul

19:30 ''Kasımpaşa'' – ''Sivasspor''
22:00 Qalatasaray – ''Trabzonspor''
22:00 ''Konyaspor'' – ''Rizəspor''

6 iyul

22:00 ''Kayserispor'' – ''Beşiktaş''