çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

“Latsio”dan vacib xal itkisi

05.07.2020 07:30 Oxundu 437


Futbol üzrə İtaliya A Seriyasında 30-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Lider “Yuventus” turun açılış matçında Turində şəhərin digər komandası “Torino”nu qəbul edib. Beş qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər. “Sassuolo” da “Leççe”ni məğlub yola salıb.

Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Turnir cədvəlinin ikinci sırasında yer alan “Latsio” “Milan”ı qəbul edib. Milanlılar 3 cavabsız qolla üstün olublar.

Paytaxtın digər təmsilçisi “Roma” isə “Napoli” ilə münasibətlərinə aydınlıq gətirəcək.

İtaliya A Seriyası, 30-cu tur

4 iyul

''Yuventus'' – ''Torino'' 4:1
Qol
: Dibala, 3. Kuadrado, 29. Ronaldo, 61. Djidji, 87-öz qapısına – Belotti, 45+6-pen.

''Sassuolo'' – ''Leççe'' 4:2
Qol
: Kaputo, 5. Berardi, 63-pen. Boqa, 78. Muldur, 83 – Lusioni, 27. Mankosu, 67-pen.

''Latsio'' – ''Milan'' 0:3
Qol
: H.Çalhanoğlu, 23. İbrahimoviç, 34-pen. Rebiç, 59.

5 iyul

19:15 ''İnter'' – ''Bolonya''
21:30 ''Breşiya'' – ''Verona''
21:30 ''Kalyari'' – ''Atalanta''
21:30 ''Parma'' – ''Fiorentina
21:30 ''Sampdoriya'' – SPAL
21:30 ''Udineze'' – ''Cenoa''
23:45 ''Roma'' – ''Napoli''