şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Setyendən Messi açıqlaması

05.07.2020 08:30 Oxundu 412

Barselona"nın baş məşqçisi Kike Setyen "Vilyarreal"la oyun ərəfəsində, komandadan ayrılacağı haqda xəbərlər yayılan Lionel Messi və kollektivdəki ümumi atmosferdən danışıb.

Cempion.az AS nəşrinə istinadən xəbər verir ki, Setyen Messinin özünü "Barsa"da yaxşı hiss etdiyini və futbolçuların ona işində yardımçı olduqlarını bildirib:

"Bu mövzuda spekulyasiya etmək niyyətində deyiləm. Messidən komandadan ayrılacağı ilə bağlı heç nə eşitməmişəm. Ona görə də deyəcək bir şey yoxdu. Bildiyim odur ki, Messi komandada özünü yaxşı hiss edir, qalan şeylər şayiələrdi. 

"Barselona"dakı atmosferə gəlincə, başa düşürəm, hər komandanın öz iyerarxiyası var. Bu, zamanla, nəticələdən asılı olaraq formalaşan bir şeydi. Oyunçular mənə mane olmurlar. Əksinə, onlar mənə dəstək olmağa çalışırlar. Mən nəyisə yeritməyə çalışan məşqçilərdən deyiləm".