cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Qvardioladan Sanço açıqlaması

05.07.2020 09:30 Oxundu 425

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola adı komanda ilə hallanan "Borussiya"nın vingeri Ceydon Sançonun mümkün transferi barədə danışıb

Cempion.az xəbər verir ki, ispaniyalı mütəxəssis 20 yaşlı futbolçunun "şəhərlilər"ə qayıtmayacağını deyib:

 "Ceydon Sanço klubumuzdan getməyə qərar vermişdi və indi niyə qayıtsın ki? O, "Borussiya"ya iki il sonra geri dönmək üçün yollanmayıb. Bu, məntiqli deyil. Klubumuzda olmağı özü istəmədi və komandaya qayıtmayacaq".

"Borussiya" ingilis futbolçunu 2017-ci ildə "Mançester Siti"nin akdemiyasından 8 milyon avroya transfer etmişdi. 20 yaşlı futbolçu ötən mövsüm 44 oyunda 20 qol vurub, 20 assist edib.