cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Başakşəhər"dən yeni transfer

05.07.2020 10:35 Oxundu 439

"Başakşəhər" ötən mövsüm Almaniyanın "Hamburq" klubundan icarəyə götürdüyü Berkay Özcanın transfer hüququna yiyələnib.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, "narıncı-lacıvərdli" klub Türkiyə millisinin üzü ilə 4 illik müqavilə imzalayıb. Bu keçid İstanbul təmsilçisinə 2,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi bu mövsüm 23 oyun keçirib.