cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Balotelli Arqentina yolunda

05.07.2020 12:36 Oxundu 425

"Breşiya"nın hücumçusu Mario Balotellinin növbəti "dayanacağ"ı Argentina ola bilər.

Cempion.az "Football Italia" istinadən xəbər verir ki, menecer Mino Rayola müştərisini "Boka Xuniors"a təklif edib.

Hazırda "Qalatsaray", "Vasku da Qama", "Flamenqo", "Botafoqo" və "Los-Anceles Qelaksi" 29 yaşlı futbolçunun xidmətində maraqlıdılar.

"Breşiya" Balotellini ötən yay azad agent kimi heyətinə qatmış və 3 illik müqavilə imzalamışdı. Bu yaxınlarda klub onun müqaviləsinə xitam veriləcəyini açıqlamışdı.