çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

Alaba İngiltərə klubunun hədəfində

05.07.2020 14:39 Oxundu 505

''Bavariya''nın futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ''Mançester Siti'' Bundesliqa çempionu ''Bavariya''nın ulduz futbolçusu David Alabanı transfer etmək üçün hərəkətə keçib. ''Şəhərlilər'' 28 yaşındakı futbolçu üçün qarşı tərəfə 70 milyon avro təklif edib. 

Xəbərdə bildirilir ki, hər iki tərəf arasında danşıqlar davam edir.

Qeyd edək ki, Alaba bu mövsüm çıxdığı 37 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.