şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Vardi klubun tarixinə düşdü

05.07.2020 16:17 Oxundu 416


“Lester” İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində “Kristal Pelas”a 3:0 hesabıyla qalib gəlib.

Cempion.az xəbər verir ki, bu oyun “Lester”in futbolçusu Ceymi Vardi üçün əlamətdar olub. Belə ki, bu oyunda komandasının 2-ci və 3-cü qollarının müəllifi olan 33 yaşlı hücumçu, “Lester”in heyətində Premyer Liqada vurduğu qolların sayını 101-ə çatdırıb. Bununla da, Vardi “Lester”in heyətində çempionatda 100 qol həddinə çatan ilk futbolçu olub.

Qeyd edək ki, ingiltərəli futbolçu 2012-ci ildən “Lester”in şərəfini qoruyur.