şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Xorvatiyalı türk klublarının hədəfində

06.07.2020 07:41 Oxundu 418

Türkiyə klubları xorvatiyalı futbolçu ilə maraqlanır.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ''Qalatasaray'' və ''Fənərbaxça'' klubları ''Al Duhail'' klubundan ayrılaraq sərbəst qalan Mandzukiçi transfer etmək istəyirlər. Hər iki klubun hücumçu üçün təklif göndərdiyi bildirilir. Manzukiç isə karyerasına Avropada davam etmək istədiyini qeyd edib.

Qeyd edək ki,Mandzukiçi ''Al Duhail''ə 2019-cu ilin dekabrında ''Yuventus''dan transfer olunmuşdu. O, bu komandada meydana çıxdığı 7 oyunda cəmi 1 qola imza atıb.Təcrübəli futbolçu ''Yuventus'' və ''Al Duhail'' komandalarından başqa ''Dinamo Zaqreb'', ''Volfsburq'', ''Bavariya'' və ''Atletiko Madrid''in formasını geyinib.