çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

“Barselona”dan darmadağın

06.07.2020 08:32 Oxundu 514


İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.

Cempion.az xəbər verir ki, turun açılış matçında “Atletiko” öz meydanında “Malyorka”nı qəbul edib. Madrid təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.

Şənbə günü daha üç qarşılaşma baş tutub. “Selta” – “Betis” matçında qalib müəyyənləşməyib. “Valyadolid” “Alaves”i minimal hesabla üstələyib. Dörd qolun qeydə alındığı “Qranada” – “Valensiya” matçında da heç-heçə qeydə alınıb.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Barselona” bu turda çətin “Vilyarreal” səfərinə yollanıb və darmadağına sevinib. Lider “Real” isə Bilbaoda “Atletik”in qonağı olub və minimal hesabla üstün olub.

İspaniya La Liqası, 34-cü tur

3 iyul

''Atletiko'' – ''Malyorka'' 3:0
Qol
: Morata, 29-pen; 45+4. Koke, 79.

4 iyul

''Selta'' – ''Betis'' 1:1
Qol
: Nolito, 22 – Feddal, 79.

''Valyadolid'' – ''Alaves'' 1:0
Qol
: J.Fernandes, 88.

''Qranada'' – ''Valensiya'' 2:2
Qol
: C.Fernandes, 61-pen. Fede, 86 – Valyexo, 63. Quedes, 68.

5 iyul

''Atletik'' – ''Real'' 0:1
Qol
: Ramos, 73-pen.

''Espanyol'' – ''Leqanes'' 0:1
Qol
: Silva, 53.

''Osasuna'' – ''Xetafe'' 0:0

''Vilyarreal'' – ''Barselona'' 1:4
Qol
: Moreno, 14 – Torres, 3-öz qapısına. Suares, 20. Qrizmann, 45. Fati, 86.

6 iyul

21:30 ''Levante'' – ''Real Sosyedad''
00:00 ''Sevilya'' – ''Eybar''