06.07.2020 17:16
486

“Mançester Yunayted” futbolçusu Nemanya Matiçin müqaviləsinin müddətini artırıb.
Cempion.az xəbər verir ki, “qırmızı şeytanlar” serbiyalı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2017-ci ildən MY-nin şərəfini qoruyan 32 yaşlı yarımmüdafiəçinin əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.