07.07.2020 09:30
500
500

Fransanın PSJ klubu yeni mövsüm üçün heyətini gücləndirmək istəyir.
Cempion.az ''Newcastle Mail''ə istinadən xəbər verir ki, PSJ klubu artıq transfer çalışmalarına start verib. Fransa təmsilçisi İngiltərənin ''Nyukasl'' klubunda forma geyinən Allan Sen-Maksimenə göz dikib. PSJ tərəfinin futbolçu üçün qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.
Xəbərdə bildirilir ki, ''Tottenhem''in baş məşqçisi Mourinyoda Maksimeni israrla heyətə cəlb etmək istəyir.
Qeyd edək ki, malili futbolçu 18 milyon avro qarşılığında Fransanın ''Nitsa'' klubundan ''Nyukasl''a transfer olub.