07.07.2020 11:00
530
530

Futbol üzrə Bolqarıstanın I liqasında koronvirusa kütləvi yoluxma baş verib.
Cempion.az "Sportstar"a istinadən xəbər verir ki, "Tsarsko Selo" və "Çerno more" klublarının ümumilikdə 19 üzvündə infeksiya aşkarlanıb.
Hadisəyə laboratoriya səhvi səbəb olub. İki komanda arasındakı oyundan öncə "Tsarsko Selo"nun müdafiəçisi Martin Kavdanski virusa yoluxsa da, analizin nəticəsi mənfi çıxıb.
Matça start heyətdə başlayan oyunçu 3-ü komanda yoldaşı olmaqla, 19 nəfəri virusa yoluxdurub.
Sonradan laboratoriya öz səhvini etiraf edib.