cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Səbail"in futbolçusundan açıqlama

07.07.2020 12:35 Oxundu 470


"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka "zbirna.com"un suallarını cavablandırıb. Cempion.az həmin müsahibəni təqdim edir...

- Azərbaycan çempionatının koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılması sizi təəccübləndirmədi?

- Prinsipcə, yox. Çünki vəziyyət elə gətirdi ki, hər şey belə nəticələndi. Əlbəttə, biz çempionatı oynamaq istəyirdik, amma vəziyyət çətinləşdi və belə qərr qəbul etmək zərurəti yarandı.

- Hazırda Bakıda koronavirusla bağlı vəziyyət necədir?

- Vəziyyət yaxşılaşmır. Şəhər yenidən karantindədir. Küçəyə qısa müddətdə - 2 saatlıq çıxmaq olar. Bu cür qaydalar əvvəl də tətbiq olunub. Xəstəlik azalmır, buna görə də yumşaldılmadan söhbət getmir.

- Futbolçulara hansı tapşırıqlar verilib: Evdə fərdi məşq edirsiniz?

- Məşq yoxdur, icazə vermirlər. Məzuniyyətdəyik, əslində belə də demək olmaz.Ümumiyyətlə, evdə otururam, bacardığım qədər başımı qatıram.

- Ukraynaya qayıtmaq imkanınız yoxdur?

- Ukraynaya çarter reysi ilə uçmaq variantı var. Amma klubumuz qətiyyən buna qarşıdır. Çünki mənim daha 1 illik müqaviləm var. Getsəm, geri qayıtmaq problem olacaq. Hələlik vəziyyət budur. Bəlkə sonra nə isə dəyişər.

- Hazırkı şəraitdə müqavilənizin maliyyə öhdəlikləri yerinə yetirilir?

- Heç kim bu barədə danışmayıb, müzakirə etməmişik. Bildiyim qədərilə bu məsələdə heç bir dəyişiklik olmayacaq. Sözləşmədə nə yazılıbsa, o da olacaq.

- "Qarabağ" çempion elan olundu, "Neftçi" 2-ci, "Keşlə" 3-cü pilləni tutdu. Haqlı qərardır?

- Düşünürəm ki, bəli. Bu 3 komanda cari mövsümdə yaxşı çıxış etdi. Xüsusilə də "Keşlə" çox inkişaf etdi.

- Gələcək planlarınız necədir: Müqavilənizin sonunadək Azərbaycanda qalacaqsınız?

- Bəli, karantin yumşaldılanadək burada gözləyəcəyəm. Ümid edirəm ki, hər şey düzələcək və həyat əvvəlki tərzinə qayıdacaq. Əsas odur ki, insanlar xəstələnməsinlər, bu virusdan ölməsinlər.