cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan klublarına icazə verildi

07.07.2020 15:45 Oxundu 480


Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib.

Cempion.az xəbər verir ki, növbəti mövsümdə avrokuboklarda çıxış edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın avqustda başlayacaq yarışlar üçün məşq keçməsinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən razılıq verilib.

Gənclər və İdman Nazirliyi bütün Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək.