cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

“Neftçi” və “Keşlə” klubları medallarına qovuşublar

08.07.2020 14:36 Oxundu 410


Ötən mövsüm Azərbaycan Premyer Liqasını 2-ci və 3-cü pillədə başa vuran “Neftçi” və “Keşlə” klubları medallarına qovuşublar.

Cempion.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əvvəlcə “Keşlə”nin bazasında olublar. PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər.

Daha sonra “Neftçi”nin bazasına yollanan PFL rəsmiləri gümüş medalları klubun idman direktoru Ceyhun Sultanova və komandanın baş məşqçisi Füzuli Məmmədova veriblər.

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar mükafatlandırmada heç bir klubun futbolçuları iştirak etməyiblər. Medallar daha sonra klublar tərəfindən oyunçulara paylanacaq.

PFL daha əvvəl “Azərsun Arena”da baş tutan mükafatlandırma mərasimində 2019/2020 mövümünün çempionu “Qarabağ”a kubok və medalları təqdim edib.