cümə, 25 iyul 2025

DÜNYA FUTBOLU

“Liverpul” ciddi itki ilə üzləşib

09.07.2020 12:03 Oxundu 522


İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində “Brayton”a 3:1 hesabı ilə qalib gələn “Liverpul” ciddi itki ilə üzləşib.

Cempion.az xəbər verir ki, “qırmızılar”ın kapitanı Cordan Henderson sıradan çıxıb. Oyunun 80-ci dəqiqəsində zədələnən ingiltərəli futbolçu meydanı vaxtından əvvəl tərk etməli olub və onu Ceyms Milner əvəzləyib. Hendersonun dizindən zədələndiyi və vəziyyətinin tibbi müayinədən sonra müəyyənləşəcəyi bildirilib.