cümə, 25 iyul 2025

BİZİM FUTBOL

Kapitanlar ən yaxşıları seçdilər

09.07.2020 12:30 Oxundu 614


Azərbycan Premyer Liqasında çıxış edən klubların kapitanları 2019/2020 mövsümünün ən yaxşı futbolçusu ilə bağlı seçimlərini ediblər.

Cempion.az xəbər verir ki, onlar fərqli futbolçulara səs veriblər. Aparıcı oyunçuların 3-ü legioner, 5-i isə yerli futbolçu seçib.

Kapitanların ən yaxşı hesab etdiyi oyunçular bunlardır:

Rəşad Sadıqov ("Qarabağ") - Sezar Meza Kolli ("Keşlə")

Emin Mahmudov ("Neftçi") - Qara Qarayev ("Qarabağ")

Slavik Alxasov ("Keşlə"/"Sabah") - Abdullah Zubir ("Qarabağ")

Vurğun Hüseynov ("Sumqayıt") - Anar Nəzirov ("Qəbələ")

Cavid Hüseynov ("Zirə") - Emin Mahmudov ("Neftçi")

Ruslan Abışov ("Sabah") – Tural Bayramlı ("Keşlə")

Rahid Əmirquliyev ("Səbail") - Bədavi Hüseynov ("Qarabağ")

Anar Nəzirov ("Qəbələ") - Baqali Dabo ("Neftçi"/"Apollon", Kipr)

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"yə məxsus Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə tezliklə aydınlıq gələcək.