cümə, 25 iyul 2025

BİZİM FUTBOL

Azərbaycan klubları avrokubokları azarkeşsiz keçirəcək

10.07.2020 10:35 Oxundu 588


Çempionlar Liqası və Avropa Liqasının yeni mövsümündə təsnifat mərhələlərinin oyunları azarkeşsiz keçiriləcək.

Cempion.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında qərar qəbul olunub.

Növbəti bildirişədək UEFA bayrağı altında təşkil olunmuş matçlara azarkeşlər buraxılmayacaq. Avrokubokların təsnifat mərhələlərinin qarşılaşmaları bir oyundan ibarət olacaq.

Azərbaycanı yeni mövsümdə Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları təmsil edəcək.