cümə, 25 iyul 2025

BİZİM FUTBOL

Emil Balayev “Qarabağ”da - RƏSMİ

10.07.2020 12:14 Oxundu 692


Son olaraq “Zirə”də çıxış edən Emil Balayevin yeni iş yeri bəlli olub.

Cempion.az xəbər verir ki, 26 yaşlı qapıçı yeni mövsümdən “Qarabağ”da çıxış edəcək. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Emilin “Qarabağ”a transferinin detalları açıqlanmayıb. Qapıçı azad agent statusu daşıyırdı.

Balayev, daha əvvəl də – 2016-cı ilin oktyabrından 2017-ci ilin yanvarına qədər “Qarabağ”da forma geyinib. Azərbaycan milli komandasının üzvü “Neftçi” və “Səbail”də də çıxış edib.