
Bu gün UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün 1/4 final və yarımfinal mərhələsinin püşkü atılacaq.
Cempion.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir saat 14:00-da başlayacaq. Püşkatmada eyni ölkə təmsilçiləri bir-birlərinə rəqib ola biləcəklər.
1/4 final mərhələsinin 4 iştirakçısı artıq məlumdur. Bunlar İtaliyanın “Atalanta”, İspaniyanın “Atletiko”, Almaniyanın “Leyptsiq” və Fransanın PSJ klublarıdır.
Növbəti 4 komanda isə 7-8 avqust tarixlərində keçiriləcək 1/8 final mərhələsinin cavab matçlarından sonra bilinəcək. Qarşılaşmalar ev sahibi komandaların meydanlarında oynanılacaq. 1/8 final mərhələsi çərçivəsində “Yuventus” – “Lion” (ilk oyun 0:1), “Mançester Siti” – “Real Madrid” (2:1), “Bavariya” – “Çelsi” (3:0) və “Barselona” – “Napoli” (1:1) matçları keçiriləcək.
1/4 finaldan isə oyunlar Portuqaliyanın paytaxtı Lissabonda “8-lər finalı” formatında keçiriləcək və 1 matçdan ibarət olacaq. 1/4 finalın oyunları 12-15 avqustda keçiriləcək.
''Bavariya'' (Almaniya)/Çelsi (İngiltərə)
''Barselona'' (İspaniya)/Napoli (İtaliya)
''Mançester Siti'' (İngiltərə)/Real (İspaniya)
''Yuventus'' (İtaliya)/Lion (Fransa)
''Atletiko'' (İspaniya)
PSJ (Fransa)
''Leyptsiq'' (Almaniya)
''Atalanta'' (İtaliya)