
Bu gün UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılacaq.
Cempion.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir saat 15:00-da keçiriləcək.
Avropa Liqasında koronavirus pandemiyası səbəbiylə 1/8 final mərhələsinin cavab oyunları keçirilməyib. Bu səbəbdən komandalar püşkatmaya cütlüklər şəklində qatılacaq. 1/8 finalın cavab oyunları avqustun 5-6-da keçiriləcək.
1/4 final mərhələsinin oyunları isə 10-11 avqustda keçiriləcək və bir oyundan ibarət olacaq. Qarşılaşmalar Almaniyada oynanılacaq.
Avropa Liqasında 1/8 final mərhələsinin baş tutmayan “Xetafe” (İspaniya) – “İnter” (İtaliya) və “Roma” (İtaliya) – “Sevilya” (İspaniya) qarşılaşmaları da bir oyundan ibarət olacaq.
“Başakşəhər” (Türkiyə) / “Kopenhagen” (Danimarka)
İlk oyun – 1:0
“Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə)
İlk oyun – 1:1
“Reyncers” (Şotlandiya) / “Bayer” (Almaniya)
İlk oyun – 1:3
“Volfsburq” (Almaniya) / “Şaxtyor” (Ukrayna)
İlk oyun – 1:2
“İnter” (İtaliya) / “Xetafe” (İspaniya)
“Sevilya” (İspaniya) / “Roma” (İtaliya)
“Ayntraxt” (Almaniya) / “Bazel” (İsveçrə)
İlk oyun – 0:3
LASK (Avstriya) / “Mançester Yunayted” (İngiltərə)
İlk oyun – 0:5.