cümə, 25 iyul 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasının püşkü atıldı

10.07.2020 15:01 Oxundu 473


Bu gün UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Cempion.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 14:00-da başlayıb.

1/4 final mərhələsindən oyunlar Portuqaliyanın paytaxtı Lissabonda “8-lər finalı” formatında keçiriləcək və 1 matçdan ibarət olacaq. 1/4 finalın oyunları 12-15 avqustda keçiriləcək.

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Yuventus” – “Lion” (ilk oyun 0:1), “Mançester Siti” – “Real Madrid” (2:1), “Bavariya” – “Çelsi” (3:0) və “Barselona” – “Napoli” (1:1) matçları keçiriləcək.

Çempionlar Liqası, 1/4 final mərhələsi

''Mançester Siti'' (İngiltərə) Real (İspaniya) – ''Yuventus'' ''Lion'' ( Fransa)
''Leyptsiq'' (Almaniya) – ''Atletiko'' (İspaniya)
''Barselona'' (İspaniya) ''Napoli'' (İtaliya) – ''Bavariya'' (Almaniya) ''Çelsi'' (İngiltərə)
''Atalanta'' (İtaliya) – PSJ (Fransa)

Yarımfinal mərhələsi

1 cütünün qalibi – 3 cütünün qalibi
2 cütünün qalibi – 4 cütünün qalibi