cümə, 25 iyul 2025

DÜNYA FUTBOLU

Premyer Liqanın ən yaxşısı məlum oldu

10.07.2020 16:11 Oxundu 527


İngiltərə Premyer Liqasında iyun ayının ən yaxşı futbolçusu məlum olub.

Cempion.az xəbər verir ki, bu, “Mançester Yunayted”in futbolçusu Bruno Fernandesdir. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada iştirak etdiyi 3 oyunda 3 qol vurub. Fernandes fevralda da ən yaxşı futbolçu seçilmişdi.