cümə, 25 iyul 2025

BİZİM FUTBOL

Yığmamızın yeni baş məşqçisinin iki komekçisi bilindi

11.07.2020 13:15 Oxundu 473


Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha 2 köməkçisi məlum olub.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Benni Karbone və Klaudio Beluççi də yığmanın məşqçilər korpusunda yer alacaq.

Karbone son olaraq 2017/2018 mövsümündə yerli "Krotone"də köməkçi məşqçi işləyib. Beluççinin son klubu isə "Albissolo" (2018/2019) olub.

Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilir.

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.