
Bu gün İngiltərə Premyer Liqasında 35-ci tura start veriləcək.
Cempion.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçiriləcək. Çempion “Liverpul” bu turda “Bernli”ni qəbul edəcək. “Mançester Siti” isə səfərdə “Brayton”un qonağı olacaq.
Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan “Mançester Yunayted” “Sauthempton”u qəbul edəcək. “Çelsi” isə çətin “Şeffild Yunayted” səfərinə yollanacaq.
Turun mərkəzi görüşü Londonda keçiriləcək. Son turlarda uğursuz çıxış edən “Tottenhem” doğma meydanda “Arsenal”la münasibətlərinə aydınlıq gətirəcək.
İngiltərə Premyer Liqası, 35-ci tur
11 iyul
15:30 ''Norviç'' – ''Vest Hem''
15:30 ''Uotford'' – ''Nyukasl''
18:00 ''Liverpul – ''Bernli''
20:30 ''Şeffild Yunayted'' – ''Çelsi''
23:00 ''Brayton'' – ''Mançester Siti''
12 iyul
15:00 ''Vulverhempton'' – ''Everton''
17:15 ''Aston Villa'' – ''Kristal Pelas''
19:30 ''Tottenhem'' – ''Arsenal''
22:00 ''Bornmut – ''Lester''
13 iyul
23:00 ''Mançester Yunayted'' – ''Sauthempton''