cümə, 25 iyul 2025

DÜNYA FUTBOLU

Ermənistan klubunun 17 üzvü koronavirusa yoluxub

11.07.2020 16:00 Oxundu 468

Ermənistanda "Lori" futbol klubunun 17 üzvü koronavirusa yoluxub.

Cempion.az Erməni KİV-lərinə istinadən xəbər verir ki, yoluxanlar arasında həm futbolçular, həm də məşqçilər var.

Xəstəliyə yoluxanların adları açıqlanmayıb. Qeyd olunur ki, komandanın bütün heyəti təcrid edilib.

Xatırladaq ki, Ermənistanda bu günədək koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib, 559 nəfər ölüb.