cümə, 25 iyul 2025

DÜNYA FUTBOLU

Nüfuzlu turnirin başlama vaxtı açıqlandı

11.07.2020 16:30 Oxundu 450


Koronavirus pandemiyası səbəbindən təxirə salınan Libertadores və Cənubi Amerika Kubokunda yeni mövsümün başlama tarixi açıqlanıb.

Cempion.az Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi saytına istinadən xəbər verir ki, turnirlər müvafiq olaraq 15 sentyabr və 27 oktyabrda start götürəcək.

Hər iki yarışda matçlar azarkeşsiz keçiriləcək. Final görüşləri 2021-ci ilin yanvarında olacaq.

Qeyd edək ki, Libertadores və Cənubi Amerika Kuboku martın 18-də təxirə salınıb.