çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

''Herta Berlin''dən Brazilya klubuna

12.07.2020 09:00 Oxundu 511

Brazilyanın ''Botofaqo'' klubu ''Herta Berlin''in futbolçusunu transfer edib.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, ''Botofaqo'' klubu fildişili oyunçu Salamon Kalu ilə heyyətini gücləndirib. Müqavilənin detayları açıqlanmasada Brazilya mətbuatında çıxan xəbərlərə görə, ''Botofaqo'' klubu hücumçu ilə 2021-ci ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində ''Feyenord'', ''Çelsi'' və ''Lill'' formaları geyinən Kalu 2014-ci ildə transfer olduğu ''Herta'' klubunda bu mövsüm çıxdığı 7 oyunda iki qolla yadda qalıb.