cümə, 25 iyul 2025

DÜNYA FUTBOLU

''Real''ın hücumçusu İngiltərə klubunun hədəfində

12.07.2020 11:18 Oxundu 474

İngiltərənin ''Lester'' klubu yeni mövsüm üçün heyətini gücləndirmək istəyir.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ''Lester Siti'' rəhbərliyi artıq transfer çalışmalarına başlayıb. İngiltərə təmsilçisi İspaniyanın ''Real Madrid'' klubunda gözləntiləri verə bilməyən Luka Joviçə göz dikib. ''Lester'' rəsmiləri yaxın günlərdə serbiyalı hücumçuya görə qarşı tərəfə 31 milyon poundluq təklif göndərəcəyi gözlənilir. 

Qeyd edək ki, hücumçu Almaniyanın ''Frankfurt'' klubundan ''Real Madrid''ə 60 milyon avroya transfer olub.